"Arsenal" yarımmüdafiəçisi Lukas Torreyranı Madrid "Atletiko"suna icarəyə verib.
Fanat.Az xəbər verir ki, informasiyanı London təmsilçisinin saytı yayıb.
Artıq uruqvaylı futbolçu "hindular"ın sıralarındadı. İcarə müqaviləsinin cari mövsümün sonuna qədər nəzərdə tutulduğu açıqlansa da, şərtlər barədə məlumat verilməyib.
Torreyra "Arsenal"a 2018-ci ilin yayında "Sampdoriya"dan transfer olunmuşdu. Həmin vaxt "topçular" İtaliya klubuna 30 milyon avro ödəmişdi.
Fanat.Az