PSJ-dən ayrılan Edinson Kavaninin "Mançester Yunayted"ə keçidi rəsmiləşib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 33 yaşlı uruqvaylı hücumçu ilə 1+1 illik müqabilə imzalanıb.
Qeyd edək ki, Kavani 2013-cü ildən çıxış etdiyi PSJ-də 301 matçda meydana çıxıb və 200 qol vurub.
Fanat.Az