"Qarabağ" klubu BƏƏ-nin "Xor Fakkan" klubunun futbolçusu Bruno Lamasa elçi düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə braziliyalı oyunçu özü məlumat verib.
"Vavel" nəşrinə danışan 26 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisindən təklif aldığını deyib. O, həmçinin ölkəsinin "Fluminense", "Vasko da Qama" və digər ölkələrin klublarının da onunla maraqlandıqlarını söyləyib. Daha əvvəl Portuqaliya "Leyşoynş"unda oynayan futbolçu gələcəkdə Avropaya qayıda biləcəyini də istisna etməyib.
Qeyd edək ki, B.Lamasın hazırkı klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.
Fanat.Az