"Tottenhem"in baş məşqçisi Joze Mourinyu İngiltərə millisinin çalışdırıcısı Qaret Sautqeytən üzr istəyib.
Fanat.Az "Talksport"a istinadən xəbər verir ki, yığmanın baş məşqçisini yanlış olaraq "Qeri" adlandıran portuqaliyalı mütəxəssis belə deyib:
"Artıq Sautqeytlə danışmışam. Sizə də açıqlamaq istəyirəm. Ona İngiltərədə yaşadığım müddət ərzində "Qeri" qısaltmasının Qaret anlamına gəldiyini düşündüyümü söylədim və üzr istədim. Sautqeytə hörmətim böyükdü. Bu, anlaşılmazlıq olub. Özünü təhqir edilmiş sayırsa, məni Con adlandırmağa da haqqı çatır. Əmin olun, incimərəm".
Fanat.Az