Ermənistanın "Lori” klubunun panamalı futbolçuları Manuel Varqas və Karlos Qutyerresin ölkədən qaçıblar.
Fanat.Az xəbər verir ki, Varqasla Qutyerres ötən gecə Panamanın Meksikadakı səfirinin köməkliyi ilə bu ölkəyə yollanıblar. Səfir Alfredo Oranqes onları hava limanında qarşılayıb və futbolçular sabah doğma vətənlərinə gedəcəklər.
Buna Dağlıq Qarabağda baş verən hadisələr səbəb olub.