"Beşiktaş" klubu baş məşqçisi Sərgən Yalçınla yollarını ayırmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
Superliqanın III turunda "Gənclərbirliyi" klubuna 0:1 hesabı ilə uduzduqları oyundan sonra klubun transfer siyasətini tənqid edən 48 yaşlı mütəxəssisin yaxın günlərdə istefaya göndəriləcəyi və onu Samet Aybabanın əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, Sərgən Yalçın bu ilin yanvarından "Beşiktaş"a başçılıq edir.
Fanat.Az