UEFA Millətlər Liqasında III turun Monteneqro - Azərbaycan matçının təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Görüşü İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Rikardo de Burgos Benqoeçeaya yan xətt hakimləri qismində Roberto del Palomar və Pau Sebrian Devis kömək edəcək.
Dördüncü hakim funksiyasını Xavyer Estrada Fernandes yerinə yetirəcək.
Oktyabrın 10-da baş tutacaq qarşılaşmada erməni əsilli fransalı Paskal Qaribyan hakim-inspektor, serbiyalı İqor Radoyiçiç UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, oktyabrın 10-da Podqoritsadakı "Qradski" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Fanat.Az