Britaniyalı promouter Eddi Hirn İngiltərə millisinin və "Mançester Yunayted"in iki sabiq üzvü arasında boks döyüşü təşkil etmək istədiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Hirn "Liverpul"un müdafiəçisi Vircil van Deyklə söhbəti zamanı belə deyib:
"Ueyn Runi və Rio Ferdinandı rinqə çıxartmağı çox arzulayıram. "Old Trafford"da üz-üzə gəlsələr, lap əla olar. Xeyriyyə məqsədi ilə əla döyüş təşkil edə bilərəm. Yeri gəlmişkən, özün də bilirsən ki, həm Runi, həm də Ferdinand özlərini boks rinqinə layiq sayırlar".
Fanat.Az