"Sampdoriya"nın prezidenti Massimo Ferrero hədə məktubları alıb.
Fanat.Az xəbər verir ki, informasiyanı ANSA yayıb.
Naməlum şəxslər başqanı öldürmək hədəflərini silsilə məktublarla açıqlayıb və onun ünvanına bir neçə güllə də göndərib. Ferrero İtaliya polisini vəziyyətdən xəbərdar edib.
Qeyd edək ki, fanatlar "Sampdoriya"nın bu komandanın sabiq futbolçusunun - Canluka Viallinin rəhbərlik etdiyi ABŞ konsorsiumuna satılmasını istəyir.
Fanat.Az