"Mançester Yunayted"in sabiq kapitanı Roy Kin "qırmızı şeytanlar"ın İngiltərə Premyer Liqasının 10-cu turunda "Tottenhem"dən aldığı 1:6 hesablı yenilgini şərh edib.
Fanat.Az xəbər verir ki, o, ITV Sport-a açıqlamasında belə danışıb:
"Yunayted"in "Tottenhem"lə oyunu biabırçılıq idi. Futbolun nə demək olduğunu hamımız bilirik. Bizim də çətin günlərimiz olub, amma bu gün MY forması geyinən bəzi futbolçular klubun embleminə hörmət etmir. Fikrimcə, baş məşqçi Ule-Qunnar Sulşer postundan getməli olacaq. Heyətdəki oyunçular belə düşünməyə əsas verir. Əvvəlki çalışdırıcı Joze Mourinyu kimi, onu da avtobusun altına atacaqlar".
Fanat.Az