"Everton"un və Avstraliya millisinin sabiq yarımmüdafiəçisi Tim Kehill niderlandlı çalışdırıcı Qus Hiddink haqda maraqlı xatirələr danışıb.
Fanat.Az xəbər verir ki, o, "çempionat"a açıqlamasında bunu deyib:
"Bir dəfə Hiddink oyunçularla mərc gəldi. 30 metrdən qapı tirini dəqiq nişan alacaq futbolçuya bir şüşə çaxır verəcəyini dedi. Özü bu zərbəni əla yerinə yetirdi. Top nəinki tirə dəydi, ona toxunub yerə elə çırpıldı ki, qazon və torpaq qırıqları ətrafa yayıldı. Təbii ki, çaxırı özü götürdü... 2006-cı ildəki dünya çempionatı bizim üçün ilk idi. Yaponiya ilə oyun günü matça ehtiyat oyunçular skamyasında başlayacağımı bildirdi. İkinci yarının əvvəlində forma şansı qazandım, 2 qol vurdum və 3:1 hesablı qələbə qazandıq. Qus futbolçunu oyuna kökləməyi yaxşı bacarırdı".
Qeyd edək ki, Hiddink 2005-2006-cı illərdə PSV ilə paralel Avstraliya millisini də çalışdırıb. Kehill və komanda yoldaşları onun rəhbərliyi altında 1974-cü ildən bəri ilk dəfə DÇ-nin final mərhələsinə vəsiqə qazanıb.
Fanat.Az