İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç koronavirusa qalib gəlib.
Fanat.Az xəbər verir ki, 39 yaşlı isveçli hücumçu bu barədə "Twitter" hesabında məlumat verib.
Təcrübəli forvard özünü yaxşı hiss etdiyini bildirib: "Salahiyyətli nümayəndələr karantin müddətimin başa çatdığını dedilər, artıq çölə çıxa bilərəm".
Qeyd edək ki, Zlatan İbrahimoviç sentyabrın 24-də koronavirusa yoluxmuşdu.