"Yuventus”un futbolçusu Mattia de Şilio karyerasını Fransada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 27 yaşlı müdafiəçi "Lion”a icarəyə verilib. Mattia 2020/21 mövsümününün sonuna qədər bu komandada çıxış edəcək.
Qeyd edək ki, de Şilio ötən mövsüm "Yuventus”da 13 matça çıxıb.