Braziliya millisinin və PSJ-nin oyunçusu Neymar yeni rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, 28 yaşlı hücumçu buna Braziliya millisinin heyətində nail olub. O, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Boliviya ilə görüşdə 18 uğurlu driblinq edib. Bu, son üç mundialın seçmə mərhələsində ən yaxşı göstəricidir.
Qeyd edək ki, bundan əvvəlki rekord isə Argentina yığmasının üzvü və "Barselona”nın kapitanı Lionel Messiyə məxsus idi. 33 yaşlı hücumçu 2011-ci ildə Kolumbiya ilə görüşdə (2:1) 15 uğurlu driblinq etmişdi.
Fanat.Az