UEFA Millətlər Liqasının IV turunda keçiriləcək Azərbaycan - Kipr matçının təyinatları müəyyənləşib
Fanat.Az xəbər verir ki, qarşılaşma Xorvatiyadan olan hakimlər briqadasına həvalə edilib. Referi Fran Yoviçə yan xətt hakimləri qismində İviça Modriç və Hrvoye Radiç köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını İvan Vuçkoviç yerinə yetirəcək. Hakim-inspektor Çexiyadan Karel Vidlak, UEFA nümayəndəsi isə Sloveniyadan David Mkdovell Zor olacaq.
Qeyd edək ki, oktyabrın 13-da Albaniyadakı "Elbasan Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Azərbaycan yığması bu gün Monteneqronun, Kipr isə Lüksemburqun qonağı olacaq.
Fanat.Az