İtaliyanın "İnter” klubunun hyətində koronavirusa yoluxma faktı aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, komandanın 3 oyunçusu - qapıçısı Andrey İonut Radu, müdafiəçi Roberto Qalyardini və yarımmüdafiəçi Raca Naynqqolan koronavirusa yoluxub.
Test cavabları müsbət çıxan futbolçular dərhal karantinə alınıb.
Qeyd edək ki, bununla da klubun virusa yoluxan futboçularının sayı 4-ə çatıb. Bundan əvvəl A Seriyası təmsilçisində müdafiəçi Alessandro Bastonidə də koronavirus aşkarlanmışdı.
Fanat.Az