"İtalyalı məşqçilər məktəbi ən yaxşılardandır. Amma bu, nəyisə dəyişmək üçün yetərli deyil".
Bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Sports.kz" saytına müsahibəsində Albaniya millisinin oyununa təsir edə bilməsi barədə danışarkən deyib.
2001 - 2017-ci illərdə Albaniya yığmasına rəhbərlik edən 63 yaşlı mütəxəssis bildirib ki, uğur qazanmaq üçün xəyallara inanmaq lazımdır: "Daha sonra onların gerçəkləşməsi üçün çalışmalısan".
Təcrübəli baş məşqçi Albaniya seçməsinin hazırkı durumu və Millətlər Liqasındakı şansları barədə bunları söyləyib: "Albaniya çox güclü komandadır. Düşünürəm ki, qrupda, yarımfinalda və finalda qalib gələ bilərlər".
Qeyd edək ki, Albaniya millisi Canni De Byazinin rəhbərliyi altında tarixində ilk dəfə 2016-cı ildə Avropa çempionatına vəsiqə qazanıb. (Report.az)
Fanat.Az