SSRİ və Rusiya yğmasının sabiq yarımmüdafiəçi Vasili Kulkov vəfat edib.
Fanat.Az xəbər verir ki, veteran futbolçusu 54 yaşında dünyasını dəyişib.
Koronavirusa yoluxan Kulkov bu gün onkoloji əməliyyat keçirməli idi. O, reanimasiyada dünyasını dəyişib.
Qeyd edək ki, Vasili Kulkov 1989-cu ildə "Spartak"ın heyətində SSRİ çempionu olub. O, Portuqaliyada "Benfika" (1993/1994) və "Portu" (1994/1995) ilə də eyni uğuru təkrarlayıb.