Azərbaycan millisi UEFA Millətlər Liqasının IV turunun Kiprlə oyununa ciddi itki ilə çıxacaq.
Fanat.Az xəbər verir ki, komandamızın müdafiəçisi Bədavi Hüseynov cəzalı duruma düşüb. Monteneqro ilə oyunun 41-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanan "Qarabağ"ın üzvü limiti doldurub. Bu səbəbdən Kiprlə oyunu buraxacaq.
Qeyd edək ki, Bədavi ilk dəfə sentyabrın 8-də Kiprə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada sarı vərəqə almışdı.
Onu da qeyd edək ki, Kiprlə qarşıdakı görüş okyabrın 13-də Albaniyanın Elbasan şəhərindəki eyniadlı stadionda olacaq.