"Fərqli oyun göstərərək qalib gəlmək istəyirdik".
Fanat.Az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi UEFA Millətlər Liqasının qrup mərhələsində Monteneqro yığmasına Podqoritsada 0:2 hesabıyla uduzduqları bugünkü matçdan sonra keçirilən mətbuat konfransında bildirib.
İtaliyalı mütəxəssisin rəqibin qol vurmaq üçün heç də çox qol imkanının olmadığını söyləyib: "İlk dəqiqələrdən künc zərbəsindən qapımızdan qol buraxdıq. Monteneqro millisinin qol vurmaq üçün az şansı oldu və yaratdıqları imkandan maksimum istifadə etdi. İlk hissədə daha aşağı tempdə oynadıq. Ayıq başla buraxdığımız səhvləri analiz edəcəyik".
De Byazi fasilədə zədə üzündən əvəzlədiyi kapitan Maksim Medvedevin durumundan da söz açıb: "Maksimin zədəsinin nə dərəcədə ciddi olub-olmadığı bilinmir. Komandamızın kapitanı və vacib oyunçularındandır. Meydanda olduğu müddətdə yaxşı oyun nümayiş etdirdi”.