UEFA Millətlər Liqasında növbəti turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, İspaniya ötən gün İsveçrəni qəbul edib. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 14-cü dəqiqədə Mikel Oyarzabal imza atıb.
Qeyd edək ki, İspaniya 3 oyundan sonra 7 xalla turnir cədvəlinə başçılıq edir. İsveçrə isə 1 xalla sonuncudu.