UEFA Millətlər Liqasında növbəti turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Almaniya ötən gün Ukraynanın qonağı olub. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Almaniyanın qollarına Mattias Ginter və Leon Qoretzka imza atıb. Ukraynanın heyətində isə Ruslan Malinovski (penalti) fərqlənib.
Qeyd edək ki, Almaniya 3 oyundan sonra 5 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Ukrayna isə 3 xalla üçüncüdü.