Qol.Az-ın məlumatına görə, komandanın futbolçuları Jerard Pike və Aleks Sonq arasında mübahisə yaranıb. Bu zaman Sonq komanda yoldaşları Puyol və Valdesin yanında Pikeye şillə vurub.
Oyunçuların zaraflaşdığı deyilsə də, çəkilən şəkillərdə heç də belə bir vəziyyətin olmadığı görsənir.
Qeyd edək ki, katalon klubunun bayram tədbiri ispan siyasətçiləri tərəfindən tənqid olunub. Səbəb isə futbolçuların spritli içkilər içərək gənc azarkeşlərə pis örnək olmasıdır.
İdman24.az