Koronavirusdan sağalan "Milan”ın futbolçusu Zlatan İbrahimoviç karantindən çıxıb.
Fanat.Az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Xəbərə görə, isveçli futbolçu artıq komanda ilə məşqlərə başlayıb.
39 yaşlı hücumçu bu gün komanda ilə məşqlərini bərpa edib.
Qeyd edək ki, "Milan” 17 oktyabr A Seriyasının 4-cü turunda "İnter”lə qarşılaşacaq.
Fanat.Az