UEFA Millətlər Liqasında növbəti turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, İngiltərə Belçikanı qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İngiltərənin heyətində Markus Raşford və Mason Mount fərqlənib. Belçikanın qoluna isə Romelu Lukaku imza atıb.
Qeyd edək ki, İngiltərə 3 turdan sonra 7 xalla turnir cədvəlinə başçılıq edir. Belçika isə 6 xalla 2-cidi.