UEFA Millətlər Liqasında növbəti turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Xorvatiya İsveçi qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Xorvatiyanın heyətində Nikola Vlaşiç və Andrey Kramariç fərqlənib. İsveçin qoluna isə Markus Berq imza atıb.
Qeyd edək ki, Xorvatiya 3 turdan sonra 3 xalla turnir cədvəlini 3-cü, İsveç 0 xalla sonuncu pilləsində qərarlaşıb.