Belçika millisinin uğurlu seriyası başa çatıb.
Fanat.Az xəbər verir ki, UEFA Millətlər Liqasında bu gün İngiltərənin qonağı olan belçikalılar meydanı məğlub tərk edib (1:2).
Bununla Belçika millisi 2 ildən sonra ilk dəfə məğlub olub. Komanda axırıncı dəfə 2018-ci il noyabrın 18-də Millətlər Liqasında İsveçrəyə 2:5 hesabı ilə yenilib. Həmin vaxtdan bu günə qədər keçirilən 13 matçdan 12-də qələbə qazanan belçikalılar 1 dəfə rəqiblə bərabərə qalıb.