"Yuventus" "Bavariya"nın 28 yaşlı müdafiəçisi David Alaba ilə razılığa gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Calciomercato" yayıb.
Mənbə avstriyalı futbolçunun cari mövsümün sonunda - Münhen təmsilçisi ilə olan müqaviləsinin müddəti başa çatandan sonra Turin klubuna keçəcəyini bildirib. İtaliya qaynağı "Yuventus"un sözügedən futbolçunun transferi uğrunda mübarizədə PSJ, "Mançester Siti" və "Mançester Yunayted"ə qalib gəldiyini vurğulayıb.
Alaba 2011-ci ildən "Bavariya"da çıxış edir.
Fanat.Az