Dortmund "Borussiya"sından ayrılaraq Niderlandın PSV klubuna keçən Mario Götze Almaniya təmsilçisi ilə "Twitter"də vidalaşıb.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi belə yazıb:
"Klub və azarkeşləriylə vidalaşmaq istədim. "Borussiya"nın futbolkasını geyinməkdən həmişə qürur duymuşam. Hamıya uğurlu mövsüm arzulayıram. İndi hədəf PSV ilə yeni səhifə açmaq, böyük uğurlar qazanmaqdı. Əla mövsüm keçirəcəyimizə ümid edirəm".
Azad agent qismində PSV-yə qoşulan Götze 2 illik müqaviləyə imza atıb.
Fanat.Az