ABŞ Milli Basketbol Assosisiyasında (NBA) 2019/20 mövsümünün qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Los-Anceles Leykers" final mərhələsinin 6-cı oyununda "Mayami"yə qalib gələrək (106:93) ümumi hesabı 4:2 edib və çempionluğu rəsmiləşdirib.
Bununla da Los-Anceles şəhərinin eyniadlı təmsilçisi tarixində 17-ci dəfə qızıl medallara sahib çıxıb.
Qalib komandanın basketbolçusu Lebron Ceyms karyerası ərzində 4-cü dəfə final mərhələsinin ən dəyərli oyunçusu seçilib. Pley-off çərçivəsində 260 oyun keçirmiş Ceyms bu göstəricidə Darek Fişeri qabaqlayaraq NBA tarixində ilk sıraya yüksəlib.
Qeyd edək ki, "Los-Anceles Leykers" finaladək "Portlend", "Hyuston" və "Denver" klublarını eyni hesabla (4:1) məğlub edib.