"Real" hücumçusu Eden Hazarın transfer qiyməti düşüb.
Fanat.Az xəbər verir ki, 2018-ci ilin oktyabrından 2019-un iyununa qədər "Transfermarkt" portalı belçikalı ulduzu 150 milyon avro ilə dəyərləndirirdi.
Karyerasının zirvəsini "Çelsi"də keçirən Eden zədələr və digər problemlər üzündən Madrid təmsilçisində ümidləri doğrulda bilmədiyindən 90 milyon avro ucuzlaşıb.
Hazar hazırda zədədən sonra bərpa prosesi keçir və onun psixoloji durumuyla bağlı ciddi çətinlikləri var. İspaniya mətbuatında "Real"ın zədələnməkdən qorxan oyunçunu psixoterapevtlərin köməyi ilə yaşıl meydanlara qaytarmaq istədiyi barədə informasiyalar yayılıb.
Fanat.Az