İtaliyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının heyətində koronavirusa yoluxma aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının rəsmi saytı məlumat yayıb.
Yığmanın bir neçə üzvünün koronavirus testi müsbət çıxdığı üçün bütün komandanı U-20 yığması ilə dəyişdirməyə qərar verilib.
Qeyd edək ki, bu gün İtaliya Avropa çempionatının seçmə oyununda İrlandiya ilə üz-üzə gələcək. Piza şəhərindəki "Qaribaldi" stdionunda keçiriləcək görüş saat 19:00-da başlanacaq.
Fanat.Az