"Barselona"nın 32 yaşlı yarımmüdafiəçisi Serxio Buskets komandadakı problemlərdən danışıb.
Fanat.Az xəbər verir ki, orta xətt oyunçusunun söylədiklərini "Sport.es" belə çatdırıb:
"Problemlərdən 5-6 saat danışa bilərəm. Əlbəttə, yaxşı mövsüm keçirmədik. Həm fərdi, həm də kollektiv problemlərimiz oldu. İndi yeni imkanlarımız var. Vəziyyətdən inamla çıxacağımıza ümid edirik".
Fanat.Az