İngiltərə Premyer Liqasının 5-ci turu çərçivəsində keçiriləcək "Everton"la derbi ərəfəsində "Liverpul"un iki futbolçusu sıraya dönüb.
Fanat.Az xəbər verir ki, bunu jurnalist Devid Meddok "Twitter" hesabında yazıb. O, Tyaqo Alkantara və Sadio Manenin koronavirusdan sağalaraq kollektiv məşqlərə qatıldığını vurğulayıb.
Tyaqo sentyabrın sonunda, Mane isə oktyabrın əvvəlində virusa yoluxmuşdu.
Mersisayd derbisi oktyabrın 17-də "Qudison Park"da oynanılacaq.
Fanat.Az