"Reallığı az adam bilir, amma mənim adım Kazemiro yox, Kazimirodu".
Fanat.Az xəbər verir ki, bunu AS nəşrinə Madrid "Real"ının və Braziliya millisinin yarımmüdafiəçisi Kazemiro deyib.
O, duruma belə aydınlıq gətirib: "Adım anamın soyadından götürülüb. Yəni "e" yox, "i" hərfi ilə yazılır. Braziliyada oynayanda San-Pauluda baş tutan oyunların birində parladım. Orda məni nədənsə Kazemiro adlandırmağa başladılar. Heç özüm də etiraz etmədim. O vaxtdan bəri belə qalıb".
Fanat.Az