UEFA Millətlər Liqasının IV turunda Kiprlə qarşılaşan millimizin futbolçularından biri cəzalı duruma düşüb.
Fanat.Az xəbər verir ki, qarşılaşmanın 6-cı dəqiqəsində sarı vərəqə alan Anton Krivotsyuk limiti doldurub. Turnirdə ikinci dəfə sarı vərəqəni alan 22 yaşlı müdafiəçi V turda Monteneqro ilə ev matçını buraxmalı olacaq.
Qeyd edək ki, Azərbaycan - Kipr matçında ilk hissə oynanılır və hesab açılmayıb. Azərbaycan - Monteneqro görüşü noyabrın 14-də gerçəkləşəcək.