"Komandama sadəcə bir söz deyə bilərəm. Mənim komandam fantastik oynadı".
Fanat.Az xəbər verir ki, bunu Azərbaycan yığması ilə UEFA Millətlər Liqasının oyunundan (0:0) sonra Kipr millisinin baş məşqçisi Yohan Valem deyib.
Rəqib çalışdırıcı oyunla bunları bildirib: "Bəlkə onlar bacardıqlarının daha artığını etmək istədilər. Oyunda səbrli ola bilmədilər. Penalti epizodu oyunun qırılma anı oldu. Qapıçımız penaltini dəf etməklə bizi xilas etdi. Bu həmçinin futbolçularımızın fantastik mentaliteti olduğunu göstərir. Daha yaxşı oynamaq, onların oyununu inkişaf etdirmək üçün tədricən komanda olmağın açarını tapmalıyıq. Heyətimizdə gənc futbolçular çoxdur və məncə, biz bir az da intensivliyi və emosiyaları idarə etməyi bacarmalıyıq”.