Uruqvay millisinin və "Atletiko"nun hücumçusu Luis Suares Cənubi Amerika yığmalarının bombardirlərinin siyahısında ilk pilləyə yüksəlib.
Fanat.Az xəbər verir ki, Suares dünən DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Ekvador - Uruqvay görüşündə (4:2) penaltidən 2 top vurub.
Komandası yenilsə də, Luis rəsmi oyunlarda vurduğu qolların sayını 41-ə çatdıraraq Braziliya millisinin sabiq ulduzu Ronaldonu və Lionel Messini geridə qoyub.
Qeyd edək ki, karyerasını 2011-ci ildə bitirmiş Ronaldo ilə Messinin hesabında eyni sayda - 39 qol var.
Fanat.Az