Braziliya millisinin hücumçusu Neymar Cənubi Amerika millilərinin bombardirlərinin siyahısında 3-cü pilləyə qalxıb.
Fanat.Az xəbər verir ki, o, dünən "sambaçılar"ın DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində səfərdə Peru ilə keçirdiyi oyunda het-trik edərək 4:2 hesablı qələbədə böyük pay sahibi olub.
Milli forma ilə çıxdığı rəsmi və yoldaşlıq görüşlərində vurduğu qolların sayını 64-ə çatdıran Neymar yalnız Lionel Messi (71) və Peledən (77) geri qalır.
Fanat.Az