DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində səfərdə Perunu 4:2 hesabıyla yenən Braziliyanın formasıyla het-trik edən Neymar əfsanəvi Ronaldonu geridə qoyub.
Fanat.Az xəbər verir ki, rəsmi və yoldaşlıq oyunlarında vurduğu qolların sayını 64-ə çatdıran PSJ-nin forvardı 62 qola imza atmış "Yekədiş"i bombardirlər siyahısında 3-cü pilləyə salıb.
Braziliya millisi tarixinin ən sərrast oyunçusu isə zirvədə qərarlaşan Peledi. Onun hesabında 77 qol var.
Fanat.Az