"Arsenal" fanatları uzun müddət meydana çıxmayan Mesut Özilə dəstək verib.
Fanat.Az xəbər verir ki, London klubunun azarkeşləri 32 yaşlı yarımmüdafiəçi üçün imzatoplama kampaniyasına başlayıb. Onlar 5 min imza toplanmaq niyyətindədi. Artıq qısa zamanda minlərlə insan türk əsilli futbolçuya dəstəyini nümayiş etdirərək kampaniyaya qatılıb. Onlar Özilin Premyer Liqa və Avropa Liqası matçlarında iştirak etməsini istəyiblər.
Qeyd edək ki, bu gün türk əsilli oyunçunun doğum günüdü. Mesut sonuncu dəfə martın 7də "Vüst Hem"ə qarşı rəsmi oyuna çıxıb.