13:11 16.10.2020 910

Millimizin baş məşqçisi: "Yeni müqavilə barədə AFFA ilə danışmışam"

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Milan Obradoviçin "Report"a müsahibəsi

- Milli komanda AVRO-2021-in seçmə mərhələsində keçirdiyi son 2 oyunda müvafiq olaraq Slovakiya və Gürcüstan yığmalarına uduzdu. Əvvəlcə ilk görüş barədə fikirlərinizi bilmək istərdik: Niyə xal qazana bilmədiniz?
- Bu görüşlərdən gözləntilərim yüksək idi. Meydana yalnız oynamaq xatirinə çıxmamışdıq. Qələbə qazanmaq istəyirdik. Rəqibdən asılı olaraq, hər görüşdən sonra nələri daha yaxşı edə biləcəyimizi müzakirə edirik. Məqsədim yeni mübariz komanda formalaşdırmaqdır. Slovakiya ilə matça baxanlar yaxşı qol şanslarımızın olduğunu gördü. Son dəqiqələrdə künc zərbəsi zamanı bəxt rəqibin tərəfində oldu və qol vurub qələbə qazandılar. Bu cür məğlubiyyət bizi bir az üzdü. Çünki həm Slovakiya, həm də Gürcüstana qarşı yaxşı oynamışdıq, meydanda xeyli enerji sərf etmişdik. Belə bir məqamda öz qələbələrimizlə Azərbaycan xalqını sevindirmək istəyirdik.

- Gürcüstana məğlubiyyət barədə nə deyə bilərsiniz?
 Taktiki baxımdan yaxşı oynasaq da, nəticədə məğlub olduq. Ümumiyyətlə, hər iki görüşdə müdafiə xəttində bəzi səhvlərə yol verdik. Futbolçular dəqiq ötürmələr etməklə bağlı problem yaşadılar. Həmçinin ön xətt oyunçularımız ikili mübarizələrdə rəqibə uduzurdular. Halbuki belə imkanlarımız kifayət qədər oldu. Qapıya zərbə və qol keyfiyyətlərimizi inkişaf etdirməliyik. Son ötürmələrdə, zərbələrdə, driblinqlərdə daha yaxşı konsentrasiyaya ehtiyacımız var.

- Slovakiya ilə oyunda iki sarı vərəqə alaraq meydandan qovuldunuz. Həmin epizodları necə şərh edərdiniz?
- İlk vərəqəni göstərdiyim çılğın reaksiyaya görə aldım. Həmin vaxt baş hakimin hansısa qərarına etiraz etmirdim. Sadəcə, oyunçularımı sanki yuxudan oyatmaq istəyirdim. Çünki oyuna tam köklənə bilməmişdilər. Belə anlarda onlara meydanda olduqlarını xatırlatmaq olduqca önəmlidir. İkinci "sarı"nı da eyni səbəbdən gördüm.

- AFFA ilə müqaviləniz bu ilin sonunda başa çatacaq. Yeni sözləşmə ilə bağlı danışıq olubmu?
- Bəli, müqaviləmin müddəti 2021-ci ilin yanvarınadəkdir. AFFA rəhbərliyi ilə danışmışam. Razılığa gəldik ki, seçmə mərhələdəki son oyunu gözləyək. İsveçrə ilə çətin matçımız var. Hazırda bütün enerjimi və konsentrasiyamı həmin matça yönəltmişəm. Seçmə mərhələ başa çatdıqdan sonra oturub hər şeyi müzakirə edəcəyik.

- Yeri gəlmişkən, İsveçrə ilə oyundan nə gözləyə bilərik?
- Real danışsaq, 2 ilə yaxındır bu komandaya başçılıq edirəm. Əlimizdəki futbolçuların nəyə qadir olduqlarını görürəm. İsveçrə ilə matçda yalnız yaxşı oyun söz verə bilərəm. Hər matçdan sonra bir az da artırırıq. Bu oyunda da inkişaf etməyə çalışacağıq. Bilirik ki, isveçrəlilər qrupda 1-ci yer üçün Fransa ilə mübarizə aparırlar. Bizdən sonra fransızlarla vacib görüşə çıxacaqlar. Rəqibin üzərində təzyiq olacaq. Biz də bundan istifadə edəcəyik. Öz oyunumuzu göstərib yaxşı nəticə qazanmaq istəyirik.

- Yaxşı nəticə nədir?
- Bunu oyundan sonra görəcəyik. Görürsünüz ki, heyətdə xeyli dəyişiklik etmişik. Komandaya 12-13 gənc oyunçu cəlb etmişik. Bunlar qarşıdakı 2-3 il üçün nəzərdə tutulub. Aşağı yaş qruplarından yaxşı futbolçular gəlir. Məqsədimiz onları ölkə futboluna qazandırmaqdır.

- Siz özünüz necə, Azərbaycan millisindəki işinizi davam etdirmək istəyirsiniz?
- Olduqca birbaşa sualdır. Amma bayaq da dediyim kimi, İsveçrə ilə oyundan sonra bu barədə AFFA ilə müzakirəmiz olacaq. Ona görə də nə isə deyə bilmərəm. Ümumiyyətlə, bu barədə bütün səlahiyyət AFFA-ya məxsusdur. Lazımi məlumatı özləri açıqlayırlar. Özümə gəlincə, son matçı oynanamadan fikir bildrimək istəmirəm. Bu, düzgün deyil. Seçmə mərhələdən sonra hər şeyi - oyunları, futbolçuların inkişafını, AFFA-nın və mənim planlarımı müzakirə edəcəyik. Azərbaycanı, burada işləməyi sevirəm. Bu, heç kimə sirr deyil. Məqsədim hər zaman qələbə qazanmaqdır.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

Facebookdan bizi izləməyi unutmayın.
X