"Vulverhempton”un 24 yaşlı cinah hücumçusu Adama Traore "Liverpul”a keçə bilər.
Fanat.Az "Mundo Deportivo”ya istinadən xəbər verir ki, "qırmızılar" İspaniya millisinin üzvünü qışda heyətə qatmaq istəyir. Tərəflər hazırda danışıq aparır.
Ötən mövsüm uğurlu çıxışı ilə yadda qalan forvard bu mövsüm 5 oyuna çıxıb və qol vura bilməyib. Transfermarkt portalı oyunçunun dəyərini 40 milyon avro qiymətləndirir.
Fanat.Az