"Boka Xuniors" klubu "Barselona"nı məhkəməyə verib.
Fanat.Az-ın məlumatına görə, bunu "Marca"ya (Marka) Argentina təmsilçisinin prezidenti Xorxe Amor Ameal açıqlayıb.
Başqan Kataloniya təmsilçisinin 18 yaşlı uruqvaylı müdafiəçi Santyaqo Ramos Minqonu transfer edərkən qaydaları pozduğunu deyib:
"Minqoya görə "Barselona" məhkəmə qarşısında cavab verməlidi. Hə, əvvəlki rəhbərlik gənc futbolçu ilə yaxşı münasibətdə deyildi. Ancaq o, böyük potensiala malik futbolçuydu. İspaniya təmsilçisinin etdiyinin bir adı var: vəhşilik! Bəli, baş verənlər varvarlığın bariz nümunəsidi. Bilmirəm, o vaxt Minqonun təmsilçisi olub, ya yox... İstənilən halda, belə hərəkəti "Barselona"ya bağışlamayacağıq".
Minqo "Barselona"ya bu ilin fevralında transfer olunub və 2 illik müqaviləyə imza atıb.
Fanat.Az