"Milan"ın forvardı Zlatan İbrahimoviçin agenti Mino Rayola yeni müqavilə üzərində işləyir.
Fanat.Az xəbər verir ki, bu barədə "Corriere della Sera" informasiya yayıb.
Mənbə avqustun 31-də İtaliya təmsilçisi ilə müddəti 2021-ci ilin yayında bitəcək anlaşma imzalayan isveçli hücumçunun gələn mövsüm də qırmızı-qara formanı geyinmək istədiyini vurğulayıb. İtaliya klubunun idarəçilərinin 39 yaşlı ulduzun sərgilədiyi performansdan razı qaldığı bildirilib və yeni sözləşmənin reallaşmaq ehtimalının yüksək olduğu açıqlanıb.
Hazırda tərəflər danışıqları davam etdirir.
Fanat.Az