İngiltərə Premyer Liqası klublarında koronavirusa 8 yeni yoluxma halı qeydə alınıb.
Fanat.Az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 12-18 oktyabr tarixləri aralığında aparılan testlər nəticəsində yeni yoluxma faktları aşkarlanıb.Testdən ümumilikdə 1575 nəfər keçib. Yoluxanların hamısı 10 gün müddətinə təcrid olunublar. Adları açıqlanmayan şəxslər həftədə iki dəfə test verəcəklər.
Qeyd edək ki, bu mövsüm Premyer Liqada ümumilikdə 32 yoluxma baş verib.
Fanat.Az