Qadın, ailə və insan hüquqları ilə bağlı məsələlər üzrə nazir Damares Alves Braziliya millisinin sabiq hücumçusu Robinyonun həbs olunmasını tələb edib.
Fanat.Az xəbər verir ki, "g1.globo" nazirin söylədiklərini belə çatdırıb:
"Robinyo dərhal həbs edilməlidi. Mənə başqa heç nə deməyin. Dəmir barmaqlıqlar yeganə çıxış yoludu. Zorlamanı özünə rəva görən insan yalnız həbsxanada olmalıdı. Belələrini alqışlamaq absurddu. Mənə onun yenidən meydana qayıdıb özündən qəhrəman düzəltmək arzusu maraqlı deyil".
Xatırladaq ki, Robinyo ötən ilin noyabrında zorlamaya görə 9 il həbs cəzası alıb. 2013-cü ilin yanvarında baş verən hadisəyə görə, 2017-ci ilin 23 noyabr tarixində Milan məhkəməsi 33 yaşlı futbolçunun və daha 5 şəxsin günahının sübuta yetirildiyini açıqlayıb. Lakin 22 yaşlı alban qızın qrup şəklində zorlanılmasında təqsirli bilinən Robinyo günahını boynuna almayaraq apellyasiya şikayəti verəcəyini söyləyib.
Oktyabrın 11-də "Santos"la müavilə bağlayan, ancaq 6 gün sonra məhkəmədə özünü müdafiə etmək üçün anlaşmanı pozan oyunçunun taleyinə yaxın vaxtlarda aydınlıq gələcək.
Fanat.Az