Braziliyalı super ulduz Ronaldinyonun "Fənərbaxça"nın transfer siyahısında olduğu iddia olunur.
İdman24.az xəbər verir ki, 33 yaşlı ulduzun qardaşı və meneceri olan Roberto Asisin ötən günlərdə türk klubu ilə görüşdüyü bildirilir.
Qeyd edək ki, Ronaldinyonun adı daha öncə "Beşiktaş"la da hallanırdı. Amma xəbərlər təsdiqini tapmamışdı.
İdman24.az