"Barselona"nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasınının qrup mərhələsinin 1-ci turunda"Ferentsvaroş"la oyun öncəsi fikirlərini bildirib.
Fanat.Az UEFA-nın saytına istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı belə danışıb: "Meydana güclü heyətlə çıxacağıq, hələ şənbə günü "Real"la oynayacağımızı düşünmürük. İndi yalnız Macarıstan klubu ilə görüş barədə fikirləşirik".
Kuman ÇL-in kubokunu qazanmağa əsas favorit olmadıqlarını deyib: "Çempionlar Liqasında qrup mərhələsinə qələbə ilə başlamaq hər zaman çox önəmlidi. Öz meydanımızda oynayacağıq. Bu, çətin bir matçdı. Zəif rəqib yoxdu. "Barselona" La Liqa və Avropada kuboklar qazanmağa hazır olmalıdı. Çempionlar Liqasını qazanmaq uğrunda mübarizədə əsas favorit deyilik, amma irəliləyə bilərik".
Bu gün keçiriləcək "Barselona" - "Ferentsvaroş" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Fanat.Az