Dortmund "Borussiya"sı yarımmüdafiəçisi Covanni Reyna barədə qərar verib.
Fanat.Az-ın məlumatına görə, AS qəzeti Madrid "Real"ının elçi düşdüyü 17 yaşlı oyunçuna yeni müqavilə təklif edib.
"Arılar"ın çağırışına müsbət cavab verən gənc oyunçunun 3 illik sözləşməsi noyabrda - Covanninin 18 yaşı tamam olanda qüvvəyə minəcək. Anlaşmaya əsasən futbolçu ildə 2 milyon avrodan çox qazanacaq.
Reyna "Borussiya"ya 2019-cu ildə transfer olunub. Bu mövsüm Bundesliqada 4 matça çıxan oyunçu 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az